Litvanın Müdafiə Nazirliyi Ukraynaya 80 ədəd “Skywiper” göndərmək istəyir
Litvanın Müdafiə Nazirliyi bir sıra silahların Kiyevə verilməsi üçün layihənin müzakirəsini respublika parlamentinə çıxarıb. SİA xəbər verir ki, söhbət dronlara qarşı istifadə olunan 80 ədəd “EDM4S SkyWiper” dəstindən, eləcə də bir neçə “Warmate” döyüş dron sistemindən gedir.
Layihəyə əsasən, Vilnüs Kiyevə 2 milyon 452 min avro dəyərində silah ötürmək niyyətindədir.
Litva Müdafiə Nazirliyinin qərarı artıq hökumət tərəfindən təsdiqlənib və hazırda parlamentdə baxılma proseduru gedir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB