Çərşənbə günü Kaliforniyada 190 nəfəri daşıyan “Amtrak” sərnişin qatarı relsdən çıxıb. SİA xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.
Qeyd olunub ki, Los-Ancelesdən 80 kilometr aralıda, Moorpark şəhəri yaxınlığında yeddi vaqonlu qatar digər qatara çırpılıb və relsdən çıxıb. Hadisə yerində yanğın başlayıb, lakin tez bir zamanda söndürülüb.
Zərərçəkənlərin sayı barədə hələlik məlumat verilməsə də, hadisə iştirakçılarının yalnız yüngül xəsarətlər aldığı bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB