ABŞ-nin Ciddədəki konsulluğu qarşısında silahlı şəxs zərərsizləşdirilib

ABŞ-nin Ciddədəki konsulluğu qarşısında silahlı şəxs zərərsizləşdirilib

Səudiyyə Ərəbistanının təhlükəsizlik qüvvələri Ciddədəki ABŞ konsulluğu qarşısında bir nəfəri odlu silahla öldürüb. SİA xəbər verir ki, bu barədə “Saudi Press” Məkkə polisinin sözçüsünə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, çərşənbə günü saat 18:45-də Ciddə əyalətindəki Amerika konsulluğunun binasında avtomobil dayanıb və oradan əlində odlu silah olan şəxs çıxıb. Təhlükəsizlik qüvvələri vəziyyətə uyğun hərəkət edərək onu zərərsizləşdirib.

Agentlik bildirir ki, ABŞ-ın Ciddədəki konsulluğunun mühafizəçisi də diplomatik nümayəndəliyə hücum nəticəsində həlak olub.

Bütün xəbərlər Facebook səhifəmizdə