General Surovikin niyə həbs edilib?

General Surovikin niyə həbs edilib?

Rusiya hərbi komandiri Vladimir Romanov, general Sergey Surovikin iyunun 25-dən həbsə atıldığını bildirib.

Romanovun sözlərinə görə, hazırda o, Lefortovodadır, lakin aparılma səbəbini açıqlamayıb.

SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, bu məlumatlar ki, hələrəsmi olaraq təsdiqlənməyib.

Maraqlıdır, deyilənlərə görə, Surovikin 2017-ci ildən “Vaqner” PMC-nin fəxri üzvü olub.

“New York Times”ın iddiasına görə, hətta o, Priqojinin üsyana hazırlaşmasından da xəbərdar olub.

Qeyd edək ki, bir müddət bundan əvvəl Vladimir Putinin sözçüsü Dmitri Peskov, deyilənlərin həqiqət olmadığını, “New York Times”ın iddiasını isə spekulyasiya adlandırıb.

Bu arada Rusiya Federasiyasının Müdafiə Nazirliyinə yaxın mənbələr “The Moscow Times”ın jurnalistlərinə “Vaqner” qrupunun üsyanı ilə bağlı general Sergey Surovikinin həbs olunduğunu təsdiqləsələr də, amma bəzi təfərrüatları hələ ki, gizli saxlayıblar.

Xatırladaq ki, general Sergey Surovikin Ukraynadakı Rusiya qoşunlarının keçmiş baş komandanıdır. Yanvarda bu vəzifəyə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov təyin edilib, Surovikin isə onun müavini olub.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə