“Rusların 35 faizi Ukraynanı işğal etməyi səhv hesab edir”

“Rusların 35 faizi Ukraynanı işğal etməyi səhv hesab edir”

Rusiyalıların üçdə birindən çoxu, yəni 35 faizi imkanları olsaydı, Vladimir Putinin keçən il fevralın 24-də Ukraynanı işğal etmək qərarını ləğv edərdilər.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu “Russian Field”in rəy sorğusunun nəticələri göstərir.

Qeyd edək ki, “Moskva Tayms” nəşri bunu rekord göstərici kimi dəyərləndirir. Çünki müharibənin ilk aylarında respondentlərin 26-dan 28 faizinə qədəri Ukrayna ilə döyüşmək qərarına qarşı çıxmışdı.

O da qeyd olunur ki, Ukraynaya müdaxilə qərarını “ləğv etməyən”lərin nisbəti ilk dəfə respondentlərin yarısından aşağı düşüb, yəni qırx doqquz faiz təşkil edib.

Sorğunun nəticələrinə görə, ən çox müharibə əleyhinə əhval-ruhiyyə 18-24 yaş arası gənclər arasında hökm sürür və müharibəyə dəstək daha çox 45 yaşdan yuxarı kişilər arasındadır.

Maraqlıdır ki, daha əvvəl “Russian Field”in sorğusunun nəticələrinə görə, müharibənin davam etdirilməsinin tərəfdarı olan ruslarla sülh danışıqlarına keçidin tərəfdarı olanların payları demək olar ki, bərabərdir: müvafiq olaraq 45 və 44 faiz.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə