Ukraynadan çıxarılan mindən çox uşaq ilkin qəyyumluq adı altında rus ailələrinə paylanılıb. Əslində rəqəm birtərəflidir. Çünki müharibə zamanı Ukraynadan Rusiyaya nə qədər uşağın gətirildiyi məlum deyil: hesablamalar 4,4-19,5 min arasında dəyişir.
Hələ 2022-ci ilin sonunda Rusiyada uşaq hüquqları üzrə müvəkkili Mariya Lvova-Belova Ukrayna ərazilərindən gətirilən 380 uşağın ailələrə yerləşdirildiyini bildirmişdi. Bəs, sonrakı illər. Məsələ bundadır ki, Lvova-Belova elə bu gün də eyni rəqəmi çağırır.
Bununla belə, Rostov vilayəti hökumətinin 2022-ci il üzrə fəaliyyəti haqqında hesabatdan belə çıxır ki, “Donbass və Ukrayna ərazilərindən qanuni nümayəndələr olmadan” gələn 1184 uşaq ilkin qəyyumluğa verilib.
Qeyd edək ki, bu uşaqların Ukraynada uşaq evlərində yaşayıb-yaşamadığı və ya müharibə zamanı valideynlərini itirdiyi məlum deyil.
Verilən məlumatlara görə, uşaqlar Rusiyaya valideynləri ilə deyil, digər qohumları ilə gedə bilərdilər: yalnız valideynlər və ya rəsmi qəyyumlar uşağın qanuni nümayəndələri hesab olunurlar. Bu halda qəyyumluğun təyin edilməsi ilə bağlı vəsatətlərin bir hissəsi qohumlar tərəfindən verilə bilərdi.
Bu gün ancaq Rusiyanın 23 regionunda Ukraynadan olan 290 uşağın yerləşdiyi barədə məlumatlar var. Belə ki, uşaqların əksəriyyəti – yəni 47 uşaq Novosibirsk vilayətindədir. Ən azı 30 uşaq Moskva, 25-i Kaluqa və 24-ü Nijni Novqorod vilayətində hansısa ailələrə verilib. Daha 21 uşaq Yamalo-Nenets Muxtar Dairəsinin ailələrində, 20 uşaq isə Leninqrad vilayətinə göndərilib. 20-dən az uşaq isə başqa rayonlara aparılıb.
Beynəlxalq təşkilatlar vurğulayırlar ki, Rusiya hakimiyyəti Ukraynada Rusiyaya deportasiya edilmiş baxımsız uşaqların qohumlarının tapılması üçün lazımi səy göstərmir. Lvova-Belovanın özünün dediyinə görə, 2023-cü ilin mart ayının sonuna qədər yalnız 16 belə uşaq Ukrayna və digər ölkələrdəki qohumlarına qovuşa bilib.
SİA-nın əldə etdiyi məlumata görə, Ukrayna tərəfi dəfələrlə Rusiyanı və şəxsən Lvov-Belovanı Ukraynadan Rusiyaya aparılmış və Ukrayna vətəndaşlığı olan uşaqların valideynlərini axtarmağa başlamaq üçün onların siyahılarını təqdim etməyə çağırıb. Amma nə fayda...
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB