İyunun 28-də Ukrayna tərəfinin Donetsk şəhərini atəşə tutması nəticəsində iki nəfər həlak olub.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə DXR paytaxtının meri Aleksey Kulemzin Telegram kanalında bildirib.
Onun dediyinə görə, Kirov vilayətinin atəşə tutulması nəticəsində iki mülki şəxs həlak olub.
Kulemzin 13 və 14 yaşlı iki yeniyetmə qız da olmaqla daha 5 nəfərin yaralandığını da bildirib.
Qeyd edək ki, rusların “İzvestiya” nəşri Ukrayna Silahlı Qüvvələrinin atəşə tutmasının nəticələrini əks etdirən şəkillər də dərc edib.
Belə ki, Rusiya tərəfi dediklərini əsaslandırmaq üçün yerli sakin Sergey və nəvəsi ilə şəhər gəzintisinə çıxan təqaüdçü Svetlananı da danışdırıb.
Nəşrin yazdığına görə, hər iki şəxs Ukrayna Silahlı Qüvvələrinin “özbaşnalıqlarından” şikayətləniblər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB