“Rus turistlərin yoxluğu Qərbdə böyük itkilərə səbəb olur”..?

“Rus turistlərin yoxluğu Qərbdə böyük itkilərə səbəb olur”..?

Bu arada Rusiya prezidenti Vladimir Putin, Qərb ölkələrinin rusofobiya və sanksiyalara görə rusiyalı turistləri Avropaya buraxmırlar deyə, artıq böyük problemlərlə üzləşməyə başladlqlarını bildirib. (...deyilənlərə görə, bir azdan açından ölmə ehtimalları da ola bilər-A.B.)

“...Xarici amillər öz rolunu oynadı: bəzi dövlətlərin hakimiyyət orqanları tərəfindən hər cür sanksiyalar və məhdudiyyətlər, onların təşviq etdiyi rusofobiya və s.

Əslində, onlar özlərini vətəndaşlarımız üçün cəlbedici turizm istiqamətləri siyahısından siliblər”.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu rusiyalı dövlət başçısı deyib.

Putinin dediyinə görə, guya Qərb həm gəlirlərini, həm də tərəfdaşların reputasiya və etibarını itirir.

Putin həmçinin hazırda Rusiyada daxili turizmin inkişafı üçün hər cür şəraitin yaradıldığını bildirib. Amma təəssüflər olsun ki, bu gün turist kimi heç kəs Rusiyaya gəlmək istəmir.

Xatırladaq ki, iyunun 28-də Rusiya lideri Dərbəndə işgüzar səfərdə olarkən deyib bunları.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə