Putin Dərbəndə səfər edib

Rusiya Prezidenti Vladimir Putin iyunun 28-də Dağıstana səfər edib.

APA-nın Rusiya bürosu xəbər verir ki, Putin Dağıstana səfəri çərçivəsində Dərbəndə baş çəkib, Narın Qalada olub.

EADaily xəbər verir ki, bu gün Putinin respublikada turizmin inkişafı ilə bağlı iclas keçirəcəyi gözlənilir. Dərbənddə bununla bağlı təhlükəsizlik tədbirləri gücləndirilib. Prezidentin region rəhbəri Sergey Melikovla ayrıca görüşü də nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə