Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstan Prezidenti Kasım Jomart Tokayevlə telefon danışığı aparıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barıdə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.
Qeyd olunub ki, danışıq zamanı liderlər qarşılıqlı olaraq Qurban bayramının bütün bəşəriyyətə, xüsusilə İslam dünyasına sülh, əmin-amanlıq və bolluq gətirməsini arzulayıblar.
Bundan əlavə, Qurban bayramı münasibəti ilə Türkiyə lideri Birləşmiş Ərəb Əmirliklərinin dövlət başçısı Məhəmməd bin Zayed Əl Nəhyan, Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar və Pakistanın Baş naziri Şahbaz Şərif ilə də telefon danışığı aparıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB