Bu arada Moskbadakı İkinci Qərb Dairə Hərbi Məhkəməsi 27 yaşlı yerli sakin Yaroslav Vladıkonu dövlətə xəyanətə hazırlaşmaqda və ekstremist fəaliyyətdə ittiham edərək on il müddətinə ciddi rejimli koloniyaya göndərib.
SİA bu barədə TASS-a istinad edir.
Deməli, Vladikonun Rusiyada qadağan olunmuş “Sağ sektor”a qoşulmağa hazırlaşdığı məlum olub. (...yaxşı ki, qoşulmağa imkan tapmayıb, yoxsa, “statiyası” daha böyük, məsələn güllələnmə ola bilərdi-A.B.)
...O, həmçinin üç il müddətinə internet saytlarını idarə etməkdən məhrum edilməklə yanaşı, 100 min rubl da cərimələnib.
Qeyd edilməlidir ki, tutulan gənc barədə tədqiqat aparan “Kommersant” nəşri, Vladikonun Rusiya vətəndaşı olmasına baxmayaraq, onun Ukraynanın Novomirqorod şəhərində anadan olduğunu üzə çıxarıb. Nəşrin yazdığına görə, o, 2010-cu ildən Moskvada yaşayırmış.
Yeri gəlmişkən, bundan əvvəl Federal Təhlükəsizlik Xidməti 35 yaşlı Nalçik sakininin Ukraynaya getmək və Ukrayna Silahlı Qüvvələrinin tərəfində müharibədə iştirak etmək niyyətində şübhəli bilərək yerindəcə qandallayıb.
Ona qarşı da, elə yerindəcə, dövlətə xəyanətə hazırlıq maddəsi ilə cinayət işi açılıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB