Bu arada İnquşetiyanın Teips Şurası Rusiya prezidenti Vladimir Putinə o vaxt Çeçenistanla torpaq müqaviləsinə etiraz olaraq məhkum olunmuş liderlərin azad edilməsi xahişi ilə videomüraciət ünvanlayıb.
Qeyd edək ki, videomüraciət ünvanlayanlar Putinə sual edirlər: necə olur, qiyam qaldırıb iki şəhəri zəbt edən, bundan əlavə xeyli hərbi pilotu öldütdürən Yevgeni Priqojinə bəraət verirsiniz, amma halal haqqını tələb edənləri türmələrdə çürüdürsünüz?
...Cənab Putin, bizim soydaşlarımız uydurma ittihamlarla bağlı hələ də həbsdədirlər. Niyə? Çünki onların yeganə günahı sizdən pozulmuş hüquqlarını bərpa etməyinizi xahiş etmələri olub.
...Gərək ki, siz o vaxt həbs edilən inquşlardan hansınınsa kütləyə butulka atdığını demişdiniz. Bəli, cavanlardan biri belə iş görmüşdü. Lakin bu xətərsiz sovuşmuşdu.
Təbii ki, bütün bunlar Yevgeni Priqojin muzdlularının etdikləri ilə müqayisədə heç nədir.
SİA-nın əldə etdiyi məlumata görə, İnquşetiyanın Teips Şurası adından Putin videomüraciət ünvanlayan Maqomed Poqorov Rusiya prezidentindən “İnquş işi”ndə mühakimə olunanların tezliklə azadlığa buraxılmasını xahiş edib.
Çünki prezidentin əvvəllər hərəkətlərini “arxadan bıçaq” ifadəsi ilə izah etdiyi muzdlulara qarşı bütün ittihamlar götürüldüyü halda, niyə inquşlara bəraət verilməməlidir?
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB