...Bu arada Mərkəzi Afrika Respublikasının hakimiyyət orqanları, Rusiyanın “Vaqner” PMC muzdlularını ölkədən çıxaracağı təqdirdə, onları qəbul etməyə hazır olduqlarını bəyan ediblər.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə məlumatı “Financial Times” nəşri yayımlayıb.
“Əgər Moskva vaqneriləri geri çəkib bizə “Vaqner”in əvəzinə Bethoven və ya Motsart göndərmək qərarına gəlsə, biz onları qəbul edəcəyik”.
Qeyd edək ki, bunu Mərkəzi Afrika Respublikası prezidentinin müşaviri Fidel Quandjika deyib.
Onu da qeyd edək ki, “Vaqner” qüvvələri hərbi təlimatçılar adı altında Mərkəzi Afrika Respublikası hökumətinə əhəmiyyətli köməklik göstərirlər.
“Vaqner” qüvvələrinin 2020-ci ildə bu ölkədəki silahlı qiyam cəhdini yatırdıqları da deyilir.
Yeri gəlmişkən, “Vaqner” Mərkəzi Afrika Respublikasında qızıl və digər faydalı qazıntıların çıxarılmasına nəzarət edir. Məsələn “Politico”-nun məlumatına görə, Vaqnerin Mərkəzi Afrika Respublikasında 2022-ci ildəki qazancının təxminən bir milyard dollara çatdığı barədə yazıb.
Vaşinqtonda yerləşən Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin əməkdaşı Katrina Dokssinin sözlərinə görə, Mərkəzi Afrika Respublikasındakı “Vaqner” qüvvələri artıq yerli hərbi strukturlara inteqrasiya ediliblər deyə hökumət onlardan böyük dərəcədə asılı vəziyyətə düşüb.
Deyilənlərə görə, Mərkəzi Afrika Respublikasından başqa Mali, Burkina Faso, Sudan və Liviyada da “Vaqner” PMC qüvvələrinin mövcudluğu barədə danışılır.\
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB