İsveçrə bu gündən etibarən Avropa İttifaqının Ukraynaya hücumuna görə Rusiyaya qarşı 11-ci sanksiyalar paketinə qoşulur.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə İsveçrə hökumətinin saytında yerləşdirilən məlumatda deyilir.
Beləliklə, sanksiyalara məruz qalan fiziki şəxslərin və şirkətlərin aktivləri bloklanaraq İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinə veriləcək. Fiziki şəxslərin ölkəyə girişi və İsveçrədən tranzit malların keçirilməsi qadağan ediləcək.
İsveçrə hökuməti yalnız iyunda təsdiq edilmiş sanksiyalara qoşulacağını bəyan edib.
Qalan məhdudlaşdırıcı tədbirlərə qoşulub-qoşulmayacağı ilə bağlı qərar yayın sonunda veriləcək.
Qeyd edək ki, Avropa İttifaqının daimi nümayəndələri iyunun 21-də Rusiyaya qarşı 11-ci sanksiyalar paketi ilə bağlı razılığa gəliblər.
Yeni sanksiyalara Rusiya neftinin “Drujba” neft kəmərinin şimal qolu ilə nəqlinə qadağa, Rusiya qoşqularının Avropa İttifaqına girişinə məhdudiyyət, eləcə də əvvəllər tətbiq edilmiş sanksiyalardan yayınmağa, xüsusən üçüncü ölkələrə ixracın məhdudlaşdırılmasına yönəlmiş bir sıra tədbirlər daxildir.
Onu da qeyd edək ki, sanksiyalar Ukraynaya qarşı müharibə aparan və ukraynalı uşaqların qanunsuz deportasiyası da daxil olmaqla, məsuliyyət daşıyan 30 şirkət və 70 şəxsə şamil edilir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB