Britaniyalı aktyorun cəsədinin qalıqları tapıldı

Aktyorun ölüm səbəbi araşdırılır
Britaniyalı aktyorun cəsədinin qalıqları tapıldı

2023-cü ilin yanvar ayında ABŞ-ın cənubundakı Kaliforniya ştatının dağlıq ərazisində gəzinti zamanı yoxa çıxan britaniyalı aktyor Culian Sandsın (Julian Sands) cəsədinin qalıqları tapılıb.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, San Bernardino Polis Departamenti həftə sonu ərazidə gəzən adamlar tərəfindən tapılan insan cəsədi qalıqlarının Sandsa aid olduğunu bildirib.

Aktyorun ölüm səbəbi araşdırılır.

Qeyd edək ki, 65 yaşlı britaniyalı aktyor yanvar ayında Mont Baldli (Mount Baldly) dağında təkbaşına gəzinti zamanı itmişdi.

Polis Sandsı tapmaq üçün San-Qabriel dağları ətrafında axtarış-xilasetmə işləri aparmış, lakin heç bir nəticə əldə etməmişdilər.

Bütün xəbərlər Facebook səhifəmizdə