... İrkutsk polisi iyunun 23-də Kovıqta qaz-kondensat yatağında Tacikistan və Qırğızıstandan olan miqrantlar arasında baş vermiş davanın 10 iştirakçısını saxlayıb
SİA yerli media hüquq-mühafizə orqanlarına istinadən, dava zamanı 9 nəfərin yaralandığını, iyirmi nəfərdən artıq miqrantın isə saxlanıldığını bildirir.
Hadisə şahidlərinin sözlərinə görə, hər şey kiminsə yeməkxanaya keçmək üçün növbəni pozmağa çalışması səbəbindən başlayıb.
Beləcə mübahisəni yerindəcə həll etmək mümkün olmayıb, daha sonra Qırğızıstan vətəndaşları taciklərlə birlikdə vaqonlara keçiblər və əlbəyava olublar.
Maraqlıdır ki, rusiyalı mühafizəçilər baş verənlərə qarışmırlar. İrkutsk vilayətinin hüquq-mühafizə orqanları hələlik miqrantlar arasında baş verən münaqişəyə münasibət bildirməyib.
Bir sıra KİV-lər isə dava ilə bağlı artıq cinayət işinin başlandığını yazıb. Yerli hakimiyyət orqanlarının onun iştirakçılarının siyahısını tərtib etdiyi də bildirilir.
Bu arada Qırğızıstan Xarici İşlər Nazirliyinin məlumatına görə, 500-dən çox insanın iştirak etdiyi münaqişə məişət zəminində baş verib. Qeyd olunur ki, Qırğızıstan Respublikasının Rusiyadakı səfirliyi müxtəlif dərəcəli bədən xəsarətləri alan beş nəfər yaralı Qırğızıstan vətəndaşı ilə əlaqə yaradıb, onlardan bəziləri artıq xəstəxanaya yerləşdiriliblər.
Rus polisinin münaqişə zamanı hər iki tərəfdən 10 nəfəri saxladığını deyən İrkutsk Tacikistan Cəmiyyətinin nümayəndəsi, davanı qızışdıranların qaçıb aradan çıxdıqlarını bilib.
Xatırladaq ki, Rusiyada Orta Asiya ölkələrindən çırək dalınca gələn mühacirlər arasında kütləvi davalar artıq ənənə halını alıb. Qeyd edək ki, sonuncu belə böyük münaqişə 2022-ci ilin yanvarında baş vermişdi, Belə ki, o vaxt dava nəticədə üç nəfər - iki Özbəkistan və Qırğızıstan vətəndaşı bıçaqlanmışdı.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB