Türkiyə, İsveç və Finlandiya xarici işlər nazirlərinin də iştirak edəcəyi İsveçin NATO-ya üzvlüyü ilə bağlı yüksək səviyyəli toplantısı iyulun 6-da Belçikanın paytaxtı Brüsseldə keçiriləcək. SİA bu barədə Tükiyə saytlarına istinad edir.
NATO-nun baş katibi Yens Stoltenberq NATO-nun Brüsseldəki mənzil-qərargahında Estoniyanın baş naziri Kaja Kallas ilə görüşündən sonra keçirilən birgə mətbuat konfransında çıxışında deyib: “Finlandiya ilk dəfə üzv olaraq NATO zirvə toplantısına qatılacaq. 11-12 iyul tarixlərində Litvanın paytaxtı Vilnüsdə keçiriləcək NATO Sammitinə qədər İsveçin üzvlük prosesini tamamlamaq üçün çalışırıq. Bu məqsədlə iyulun ilk həftəsi NATO-nun Brüsseldəki mənzil-qərargahında Türkiyə, İsveç və Finlandiya arasında yüksək səviyyəli görüş təklifi verdik. Görüş 6 iyulda keçiriləcək.”
Xatırladaq ki, 2022-ci ilin iyununda Madriddə keçirilən NATO Zirvə Toplantısında Türkiyə, Finlandiya və İsveç arasında üçtərəfli sazişə əsasən yaradılmış Daimi Birgə Mexanizmin dördüncü iclası iyunun 14-də paytaxt Ankarada keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB