Rusiya Prezident Administrasiyasının sözçüsü Dmitri Peskov “Vaqner” böhranının həlli prosesində bütün tərəflərin verdiyi vədləri həyata keçiriləcəklərinə ümid etdiklərini bildirib.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Moskvada “Vaqner”in Rusiya hökumətinə qarşı 23 iyun üsyan cəhdi ilə bağlı açıqlamalar verən D.Peskov bunları söyləyib: “Yevgeni Priqojinin taleyi ilə bağlı əlavə məlumat verə bilmərəm. Döyüşçülərin bəziləri Rusiya Müdafiə Nazirliyi ilə işləyə, bəziləri vətənə qayıda, bəziləri isə Belarusda qala bilər.
Prezident Vladimir Putin hadisələrin inkişafının qarşısını almaq üçün böyük iradə nümayiş etdirdi. Ən pis ssenarinin baş verməməsi üçün bəzi razılıqlar əldə olundu, vədlər verildi. Putin vədlərini yerinə yetirir. Biz qarşı tərəfdən də verdiyi vədləri ciddi şəkildə yerinə yetirmələrini istəyirik”.
Belarus prezidenti Aleksandr Lukaşenko Rusiya hökumətinə qarşı çıxan “Vaqner” muzdlu dəstəsinin başçısı Yevgeni Priqojinin Belarusda olduğunu və Rusiya prezidenti Vladimir Putinin onunla bağlı verdiyi zəmanətləri yerinə yetirdiyini bildirərək deyib: "Bəli, Priqojin Belarusdadır. Mən ona söz verdiyim kimi, bir müddət Belarusda qala bilərlər."
NATO-nun baş katibi Yens Stoltenberq isə söyləyib ki, Yevgeni Priqojindən sonra “Vaqner”ə bağlı qüvvələrin hamısının Belarusa gedəcəyini söyləmək hələ tezdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB