Oğurluq məhsulun müsəlman alıcıları...

Oğurluq məhsulun müsəlman alıcıları...

///Yaxşı, bunu başa düşdük! Əgər bunların nöyüt-benzinlərini alan yoxdursa, bəs, bunlar neyləməlidirlər? Təbii ki, buğda taxıllarını satsınlar, amma halallıqla yetişdirdiklərini...

Beləliklə, SİA rusların “Kommersant” nəşrinə istinad edir: 2022-ci ildə Ukraynada genişmiqyaslı işğaldan (ruslar bunu işğal yox, xüsusi hərbi əməliyyat kimi göstərirlər-A.B.) sonra Rusiya kənd təsərrüfatı məhsullarının satışından bir il əvvəllə müqayisədə 12 faizdən çox gəlir əldə edilib.

Məlumata görə, Rusiya il ərzində 41,6 milyard dollarlıq ərzaq ixrac edib və bu da ilin sonunda onun qlobal kənd təsərrüfatı bazarında payı 2,1 faizə yüksəlib.

“Kommersant” qeyd edir ki, Rusiyanın kənd təsərrüfatı məhsullarına tələbatın artması Rusiyanın tammiqyaslı işğalı səbəbindən Ukrayna ixracının azalması ilə “qismən izah olunur”.

Təbii ki, Rusiyanın kənd təsərrüfatı ixracının əsas məhsulu taxıldır. Rusların yazdığına görə, ölkə 2022-ci ildə onun satışından 13 milyard dollardan çox gəlir əldə edib.

Qeyd edək ki, ruslar bunun bir il əvvəllə müqayisədə 30 faizdən çox olduğunu yazırlar.

“Bloomberg”in iddiasına görə, Rusiya təkcə Ukraynanın işğal etdiyi ərazilərindən “dədə malı kimi” altı milyon tondan çox buğda ixrac edib.

Qeyd edək ki, Rusiya oğurluq kimi dəyərləndirilən Ukrayna taxılını daha çox müsəlman ölkələrinə, o cümlədən İran və Liviyaya satıb. (...yox, deməyin ki, bilmirlər- A.B.)

Rəsmi olaraq Rusiyadan ən çox ərzaq məhsulları Çin, Türkiyə, Qazaxıstan, Belarus, Cənubi Koreya və Misir alır. “Kommersant” yazır ki, 2022-ci ildə Rusiyanın kənd təsərrüfatı məhsullarının satışında balıqların payı əhəmiyyətli dərəcədə azalıb, yağ və yağ məhsullarının payı isə artıb. İlin sonunda Rusiya kənd təsərrüfatı ixracatçılarının dünya reytinqində 17-ci yeri tutub.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə