Vaşinqton Priqojinlə əlaqəli strukturlara qarşı sanksiyalar tətbiq edib

Vaşinqton Priqojinlə əlaqəli strukturlara qarşı sanksiyalar tətbiq edib

ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, ABŞ hökuməti bu gün Rusiya ilə bağlı sanksiyalar siyahısına “Vaqner” qrupunun rəhbəri Yevgeni Priqojinlə əlaqəli olan bir fiziki və dörd hüquqi şəxsi əlavə edib.

Agentliyin yaydığı məlumata görə, sanksiyalar Andrey İvanov və bir sıra şirkətlərə şamil edilir.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, söhbət Rusiyada fəaliyyət göstərən Diamville Sau və Midas Resources (Mərkəzi Afrika Respublikasında yerləşir), Industrial Resources General Trading (BƏƏ) və DM MMC-dən gedir.

Qeyd edək ki, siyahılarda onların “Priqojinlə əlaqəli olduğu” qeyd edilir.

Yeri gəlmişkən, bundan əvvəl ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller, ABŞ hakimiyyətinin “Vaqner”ə qarşı yeni məhdudiyyətlər elan etməyi planlaşdırdığını bildirmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə