Hələ ki, 3 nəfərin öldüyü, 42 nəfərin isə yaralandığı deyilir...

Hələ ki, 3 nəfərin öldüyü, 42 nəfərin isə yaralandığı deyilir...

Axşam saatlarında rus işğalçıları Donetsk vilayətinin Kramatorsk şəhərinə raket hücumu həyata keçirib, nəticədə biri uşaq olmaqla azı 3 nəfər həlak olub. 40-dan çox insan yaralanıb.

SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, bu barədə xəbəri ölkənin daxili işlər naziri İqor Klimenko məlumat verib.

Nazirin dediyinə görə, Kramatorska iki raket zərbəsi endirilib. Belə ki, ruslar həmişə olduğu kimi, bu dəfə də insanların sıx toplaşdığı yerləri hədəf alıblar. Raket zərbəsi ərzaq obyektləri və bir neçə fərdi evə ziyan vurub.

Bunu bildirən Klimenko, hazırda dağıntıların təmizləndiyini və dağıntı altında insanların ola bilməsini də istisna etməyib.

Donetsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Pavel Kirilenkonun sözlərinə görə, işğalçılar Kramatorskı saat 19:30-da atəşə tutublar.

Yaralılar arasında 1 uşaq və 3 əcnəbi var.

Qeyd edək ki, Kirilenko da dağıntılar altında insanların qaldığını ehtimal edir.

Verilən məlumatlara görə, raketlərdən biri Kramatorsk şəhərinin mərkəzində müştərilərin olduğu kafeyə düşüb. Bina dağılıb, hazırda dağıntılar təmizlənir. İkinci raket isə Belenki qəsəbəsinin özəl sektoruna düşüb.

İlkin məlumatlara görə, işğalçılar iki S-300 raketi atıblar.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə