Bu arada Hollandiyanın baş naziri Mark Ryutte, Ukraynanın “gələcək və haqlı yeri” NATO olduğunu bildirib. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri RİA Novosti yayıb.
Ryutte,, həmçinin Amsterdamın Kiyevin bu istiqamətdəki ambisiyalarını dəstəkləməkdə davam edəcəyini də bəyan edib.
“...Hollandiya bu məsələdə məsuliyyət daşıyır: biz Ukraynanın hava hücumundan müdafiəsini gücləndirmək üçün çox çalışırıq və bu məqsədə sadiq qalacağıq”.
Ryutte deyib bunu.
Xatırladaq ki, bundan əvvəl Ukrayna prezidenti Vladimir Zelenski, Kiyevin alyansın Vilnüsdə keçiriləcək sammitində NATO-ya üzv olmağa dəvət etmək üçün siyasi əsasları olduğunu bildirmişdi.
Öz növbəsində NATO-nun baş katibi Yens Stoltenberq, sammit zamanı müttəfiqlərin Ukraynanı təşkilatın standartlarına çatdıracaq çoxillik yardım paketi qəbul edəcəklərini bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB