Amur bölgəsindəki Malıy Uril çayı ərazisində, ucqar tayqada on yaşlı uşaq itib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Amur” axtarış-xilasetmə dəstəsinin məlumatında deyilir.
Artıq axtarış sistemlərinin Arxara kəndinə yola düşdüyü bildirilir. Mütəxəssislər ərazini kəşf etmək üçün paraplandan istifadə etmək niyyətindədirlər.
Amma vəziyyəti çətinləşdirən odur ki, uşağın itdiyi yerə ancaq relyefli nəqliyyat vasitəsi ilə getmək olar. Uşaq hazırda leysan yağışda tayqada təkdir.
REN-TV-nin məlumatına görə, uşaq bu gün səhər saatlarında atası və qardaşı ilə ova gediblər. Lakin böyüklərin diqqətindən yayınan kimi uşaqlardan biri hardasa yoxa çıxıb,
Bunu Amur axtarış-xilasetmə qrupunun rəhbəri Tatyana Şalaşova bildirib.
Hazırda uşağı polis əməkdaşları, itləri olan kinoloqlar, xilasedicilər və könüllülər axtarır.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB