““Belarusida “Vaqner” PMC-də işə qəbul məntəqələri olmayacaq”

““Belarusida “Vaqner” PMC-də işə qəbul məntəqələri olmayacaq”

Belarus prezidenti Aleksandr Lukaşenko Belarusda “Vaqner” PMC-lərdə işə qəbul nöqtələrinin açılışını istisna edib.

SİA-nın Belarus saytlarından əldə etdiyi məlumata görə, bu barədə iyunun 27-də prezidentin mətbuat xidmətindən məlumat verilib.

Lukaşenko elə belə də deyib: “Belarusda “Vaqner” PMC-in işə qəbul məntəqələri olmayacaq”.

O, əvvəlki razılaşmalara əsasən, Rusiyanın özəl hərbi şirkəti rəhbəri Yevgeni Priqojinin hazırda Belarus Respublikasında olduğunu təsdiqləyib.

...Ancaq bu, ümumiyyətlə, “Vaqner” PMC-lər üçün işə qəbul məntəqələrinin ölkədə görünəcəyi demək deyil.

...Üstəlik, Lukaşenkonun dediyinə görə, əgər kimsə özəl hərbi şirkətin döyüşçüləri sırasına qoşulmaq istəsə, təbii ki, ora özbaşına yol tapacaq.

Maraqlıdır ki, Belarus prezidenti, bir az əvvəl yayılan xəbərləri inkar edərək, ölkəsində “Vaqner” PMC-lər üçün düşərgələr tikilməsini də inkar edib,

Lukaşenkonun dediyinə görə, Minsk sadəcə olaraq, döyüşçüləri yerləşdirməyə kömək edir.

O da maralıdır, görən, bu müvəqqəti xarakter daşımayacaq ki?

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə