ABŞ Ukraynaya yeni hərbi yardım paketi ayırıb

ABŞ Ukraynaya yeni hərbi yardım paketi ayırıb

ABŞ Ukraynaya əlavə 500 milyon dollarlıq hərbi yardım paketi ayırıb.

SİA APA-ya istinadən xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.

Yardıma “Patriot” hava hücumundan müdafiə sistemləri və “Stinger” canlı qüvvə daşıya bilən hava hücumundan müdafiə sistemləri üçün mərmilər daxildir.

Kiyevə, həmçinin “Javelin” tank əleyhinə raket kompleksləri, “Bradley” piyada döyüş maşınları və “Stryker” zirehli maşınları göndəriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə