İsveçdə terror təşkilatı üçün xərac toplayan Türkiyəyə verilməlidir

İsveçdə terror təşkilatı üçün xərac toplayan Türkiyəyə verilməlidir

İsveçdə separatçı terror təşkilatı PKK/YPG üçün xərac topladığına görə mühakimə olunan adam 5 il həbs cəzası çəkdikdən sonra Türkiyəyə ekstradisiyası tələb edilib. SİA bu barədə Tükiyə saytlarına istinad edir.

SR İsveç dövlət radiosu PKK/YPG üçün pulu toplayan şübhəlinin "terrorçuluğu maliyyələşdirmək", "qəsb etməyə cəhd" və "silahlı hücum" ittihamları ilə mühakimə olunduğunu bildirib.

Qərarı verən prokuror Hans İhrman sənəddə bu sözləri işlədib: "PKK İsveçdə şantaj yolu ilə pul toplamaqda təqsirləndirilir. Bu, uzun müddətdir mütəşəkkil şəkildə həyata keçirilən geniş fəaliyyətlərin bir hissəsidir. Güclü dəlillər var. Şübhəli PKK adından hərəkət etdiyini söylədi. Təqsirləndirilən şəxsə 5 il həbs cəzası kəsilir və onun Türkiyəyə təhvil verilməsi istənilir”.

Stokholm Şəhər Məhkəməsində işin nəticəsi iyulun 7-də açıqlanacaq.

Dövlət televiziyası SVT təqsirləndirilən adamın 2023-cü ilin yanvar ayında restoran sahibinə silahla hədə-qorxu gələrək separatçı terror təşkilatı PKK üçün pul tələb etməsindən sonra həbs edildiyi bildirilib.

İsveç Kəşfiyyat Xidməti SEPO-nun hesabatına görə, məhkum terror təşkilatı PKK-nın ölkədəki önəmli adlarından biridir.

İsveçin xarici işlər naziri Tobias Billström aprel ayında "Dagens Nyheter" qəzetinə verdiyi açıqlamada Türkiyənin İsveçin NATO üzvlüyünü qəbul etməməsinin səbəbi kimi terror təşkilatı PKK/YPG-ni göstərmiş və "Doğrudan da PKK-nın torpaqlarımızda fəaliyyəti çox genişdir" demişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə