"“Vaqner” hücumundan qorxub ölkədən qaçanların siyahısı dərc edilsin"
Bu arada Rusiya Dövlət Dumasının Nəzarət Komitəsi sədrinin birinci müavini Dmitri Qusev “Vaqner” PMC üsyanı zamanı ölkədən qaçan məmurların siyahılarını dərc etmək təşəbbüsü ilə çıxış edib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə iyunun 27-də “Profil” rusiyalı deputatın Telegram kanalına istinadən yazır.
Rusiya Dövlət Dumasının deputatı Dmitri Qusev Federal Hava Nəqliyyatı Agentliyinə iyunun 24-də “Vaqner” PMC üsyanı zamanı Rusiyanı tərk edən məmurların siyahısını dərc etməyi təklif edib.
Parlamentari əmindir ki, bu gün Rusiyanın bir sıra yüksək rütbəli məmurlarının və iri biznesmenlərinin başqa ölkələrə getməsi ilə bağlı saxta məlumatların yayılmasının qarşısını almaq üçün bunu etmək lazımdır.
Bundan əlavə, Qusevin fikrincə, hərbi qiyam zamanı Rusiyadan qaçanların adlarının ictimaiyyətə açıqlanması üçün belə addımlar insanların hakimiyyətə inamını gücləndirəcək.
Deputata görə, bu, cəmiyyətdə parçalanmanın qarşısını almaq və Qərb eləcə də Ukrayna kəşfiyyat xidmətləri tərəfindən saxta məlumatların yayılmasının qarşısını almaq üçün lazımdır.
Bundan əlavə, xalq həqiqətən də çətin vəziyyətdə ölkəni tərk etmiş öz “qəhrəmanlarını” tanıyacaq
Bunu da Qusev Telegram kanalında yazıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB