Rusiya prezidenti Vladimir Putin çərşənbə axşamı, iyunun 27-də Kremldə rus hərbçiləri ilə görüşündə deyib ki, Ukrayna Silahlı Qüvvələri qondarma əks-hücum əməliyyatının başlanmasından bəri 259 tank və 780 zirehli texnika itirib.
Rusiya prezidenti Ukrayna Silahlı Qüvvələrinin hücumlarını dəf edən Rusiya ordusunun uğurlu hərəkətlərini qeyd edib. Və yenilənmiş məlumatlara görə, Ukrayna qoşunlarının zirehli texnikada itkiləri artmaqda davam edir.
...İndi onlar mənə yenilənmiş məlumat verdilər. Orada qondarma əks-hücum əməliyyatı başlayandan bəri düşmən 259 tankı, 780 zirehli texnikasını itirib. Və təkcə düşmənin əsas hücum istiqaməti hesab etdiyi Orexovskoye istiqamətində təkcə son 7 gün ərzində düşmən xeyli itki verib. 280 texnika, o cümlədən 41 tank və 102 zirehli maşın...
Putin bildirib bunu. (...maraqlıdır görən, yenilənmiş məlumatı Putinə Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Koneşnikov verməyib ki?-A.B.)
Qeyd edək ki, Putin düşmənin bu cür itkilərini Rusiya hərbçilərinin, xüsusən də pilotların mükəmməl əməyinin nəticəsi kimi qiymətləndirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB