““Vaqner”in Belarusda yerləşdirilməsi mənfi siqnaldır”

““Vaqner”in Belarusda yerləşdirilməsi mənfi siqnaldır”

Anjey Duda Vaqner PMC qüvvələrinin Belarusda yerləşdirilməsini Polşa üçün mənfi siqnal adlandırıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Polşa lideri bunu iyunun 27-də Haaqaya uçmazdan əvvəl Varşavada keçirdiyi brifinqdə bəyan edib.

Beləliklə Duda özəl hərbi şirkətin rəhbəri Yevgeni Priqojinin Belarusa köçürülməsini də mənfi siqnal kimi qiymətləndirir.

“Biz nə baş verdiyini görürük... Bütün bunlar bizim üçün çox mənfi siqnaldır”, - Polşa dövlətinin başçısı vurğulayıb.

Qeyd edək ki, onun sözlərini TASS da sitat gətirib.

Xatırladaq ki, prezident Aleksandr Lukaşenko Yevgeni Priqojinin Belarusa “lövbər saldığını” təsdiqləyib.

Lukaşenko bu gün həmçinin “Vaqner” PMC-nin komandirlərinin Belarus ordusuna təcrübə qazanmağa kömək edəcəklərini də bəyan edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə