Bu arada Monqolustan Milli Zoonoz İnfeksiyalar Mərkəzi ölkədə 137 təbii taun ocağının aşkar edildiyi barədə məlumat verib. Rospotrebnadzorda qeyd edildiyi kimi, Monqolustanın Qobi-Altay vilayətinin Buqat somonunda (rayon-A.B) xəstəlik halları qeydə alınmaqdadır.
Rusların yazdığına görə, qonşu ölkənin bu əraziləri Çinlə həmsərhəddir və Rusiya sərhədindən təqribən 500 kilometrdən çox məsafədə yerləşir.
Rusların ehtimalına görə, xəstəliyin bu ərazidən gətirilmə riski istisna olunur. Amma vəziyyət nəzarət xidmətinin ciddi nəzarəti altındadır.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Rusiyada risklərin qarşısını almaq üçün bütün lazımi tədbirlər görülür.
Yeri gəlmişkən, Monqolustanda taun endemikdir. Onun daşıyıcıları ölkədə yaşayan gəmiricilər, həmçinin birədir. Bir insan təsirlənmiş bir heyvandan, o cümlədən onun ətini yeyərkən yoluxa bilər.
Onu da qeyd edək ki, bu ölkədə çörəkdən çox yeyilən qaynadılmış və nadir hallarda qızardılmış qoyun ətidir. Yəni ölkədə əti çox sevirlər. Bəzi yerlərdə hətta at əti də də yeyilir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB