Rusların Trampı “təxtə mindirmək” üçün növbəti tapıntıları...

Rusların Trampı “təxtə mindirmək” üçün növbəti tapıntıları...

Donald Tramp ABŞ-da yaşayan yeganə eks-prezidentdir ki, onun əcdadlarında qul sahibləri olmayıb.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə xəbəri “Reuters” yayıb.

Agentlik müəyyən edib ki, qul sahiblərinin övladları ABŞ-ın hazırkı lideri Co Bayden və onun sələfləri Barak Obama, Corc Buş, Bill Klinton və Cimmi Karterdir. Bundan əlavə, iki Ali Məhkəmə hakiminin, 11 hazırkı qubernatorun və 100 Konqres üzvünün, o cümlədən Mitç Makkonnell, Lindsey Grem və Elizabet Uarren kimi tanınmış senatorların əcdadlarının da qulları olub.

Deyilənlərə görə, guya amerikalı siyasətçi və hakimlərin əksəriyyəti araşdırmanın nəticələrindən xəbər tutan kimi, əcdadlarının köləlikdə iştirakını inkar etməyə başlayıblar.

Qeyd edək ki, hələ 2020-ci ildə Kapitoliyada Konfederasiya Nümayəndələr Palatasının keçmiş spikerlərinin portretləri çəkilib.

Onu da qeyd edək ki, Nümayəndələr Palatasının o zamankı spikeri Nensi Pelosi “demokratiya məbədi”ndə “Konfederasiyanın fanatizmini və qrotesk irqçiliyini” təcəssüm etdirən insanların xatirəsinə yer omamalıdır demişdi, amma...

Yeri gəlmişkən, deyirəm, ruslar da, onların nəfinə danışır deyə, Trampı “təxtə mindirmək” üçün baş vurmadıqları dəlik qoymurlar.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə