Türkiyə prezidenti Qurban bayramı münasibətilə xalqı təbrik etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qurban bayramı münasibətilə xalqı təbrik edərək deyib...
Türkiyə prezidenti Qurban bayramı münasibətilə xalqı təbrik etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qurban bayramı münasibətilə xalqı təbrik edərək deyib: “Qurban bayramı münasibətilə bütün vətəndaşları ürəkdən təbrik edirəm. Bizi daha bir Qurban bayramına sağ-salamat, əmin-aman və zövqlə çatdırdığı üçün Rəbbimizə sonsuz şükürlər olsun.

Qurban bayramının türk millətinə, İslam dünyasına və bütün insanlara bərəkət gətirməsini arzulayıram.

Bayramlar millət olaraq birliyin, bərabərliyin, əbədi qardaşlığın xatırlandığı günlərdir.

Qurban bayramı, xüsusilə də qurban ibadətləri ilə birlikdə paylaşma və həmrəyliyin ən yüksək həddə çatdığı münbit bir vaxtdır.

İnanıram ki, Qurban bayramı qəlblərimizin isti olduğu bu aylarda vətəndaşlarımız arasında qardaşlığı daha da gücləndirəcək.

6 fevral zəlzələləri – “Əsrin fəlakəti”ndə həyatını itirən 50 mindən çox insanı Allah rəhmət eləsin, ailələrinə səbr versin. Zəlzələnin yaralarını sağaltmaq və qurbanlarını ən qısa zamanda yeni evlərinə qaytarmaq üçün səylərimizi əsirgəmirik.

Seçkilərin qalibi 85 milyon vətəndaş və Türkiyə oldu. Ölkəmiz yenə xidmətlərlə, əsərlərlə, investisiyalarla, islahatlarla dolu qızıl kimi dəyərli 5 il qazandı.

İnşaallah, millətimizin çəkdiyi istiqamətdə gedərək “Türkiyə əsri”nə mütləq çatacağıq. 21 ildə olduğu kimi qarşıdakı 5 ildə də sevgi ilə çalışacaq, iş siyasətimizdən və xidmətimizdən heç vaxt vaz keçməyəcəyik. Rəbbim yolumuzu və bəxtimizi açsın.

Allahdan müqəddəs torpaqda bacı-qardaşlarımızın ibadətlərinin qəbul olmasını diləyirəm.

Qurban bayramı ziyarətləri və bayramlar üçün yollara çıxan bütün vətəndaşlarımızdan yol hərəkəti qaydalarına ciddi əməl etmələrini xahiş edirəm.

Qurban bayramının hamımız üçün bərəkətli olmasını diləyir, bir daha sizi sevgi ilə salamlayıram. Bayramınız mübarək."

SİA bu barədə Tükiyə saytlarına istinad edir.

Bütün xəbərlər Facebook səhifəmizdə