...Bu arada Rusiyanın Federal Təhlükəsizlik Xidməti “Vaqner” PMC-nin Rostov-na-Donu və Voronej vasitəsilə Moskvaya basqın etməsindən sonra üsyanla bağlı başlanmış cinayət işinə xitam verildiyini elan edib. Qeyd edək ki, bundan əvvəl Kreml PMC-nin rəhbəri Yevgeni Priqojinlə razılaşmalar çərçivəsində işi bağlamağa söz vermişdi.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, basqın nəticəsində ən azı 10 rus əsgəri həlak olmaqla yanaşı, bir milyon əhalisi olan şəhər hakimiyyətə tabe olmayan silahlı qruplaşmanın nəzarəti altında olub.
Federal Təhlükəsizlik Xidmətinin bəyanatında deyilir ki, kəşfiyyat xidməti “üsyan iştirakçılarının birbaşa cinayət törətməyə yönəlmiş hərəkətləri dayandırdığını müəyyən edib”.
Xatırladaq ki, iyunun 26-da axşam saatlarında Rusiya prezidenti Vladimir Putin televiziya ilə xalqa müraciətində, onların “qaranlıqda PMC döyüşçülərindən istifadə etməyə” çalışdıqlarını bildirib.
Rusiya rəhbəri yeganə düzgün qərar verdiklərini də diqqətə çatdırıb. Bununla yanaşı o, rus pilotlarının üsyanı yatırmağa çalışarkən öldürüldüyünü də etiraf edib.
Qeyd edək ki, ölənlərin dəqiq sayı açıqlanmasa da, amma anonim hərbi bloger “Fighterbomber”in yazdığına görə, reyd zamanı 13 pilot həlak olub və... helikopterlər PMC-lər tərəfindən vurulub.
Bu arada Donetsk separatçılarının silahlı qüvvələrinin keçmiş rəhbəri İqor Strelkov (Qirkin) də iki sərhədçinin öldüyünü bildirib.
Priqojin isə iki “Vaqner” üzvünün öldürüldüyünü deyir.
Yeri gəlmişkən, Rusiya Federasiyası Cinayət Məcəlləsinə əsasən, ağır cinayətlər, o cümlədən silahlı üsyan törətdikdə cinayətə hazırlıq maddəsi qüvvəyə minməlidir. Amma belə görünür ki, bu Priqojinə şamil edilməyəcək?
Gərək ki, xatırlamış olarsınız, 2013-cü ilin fevralında Baş Kəşfiyyat İdarəsinin polkovniki Vladimir Kvaçkov üsyana hazırlıq maddəsi ilə məhkum edilmişdi. Əslində bu, elə də dərindən sübuta yetirilməmiş ehtimal idi. Amma buna baxmayaraq o, 13 il müddətinə ciddi rejimli koloniyaya göndərildi. Deyilənə görə, daha sonra Ali Məhkəmə onun cəzasını 8 ilə endirib.
Bəs, Roqojin?
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB