Pekin dəyişən dünyada Moskva ilə əməkdaşlığı davam etdirməyə hazırdır
Çin təlatümlü və dəyişən dünyada qarşılıqlı faydalı inkişaf yolunda birgə addımlamaq üçün Rusiya ilə işləməyə davam etməyə hazırdır.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Pekində keçirilən “Rusiya və Çin: Yeni dövrdə əməkdaşlıq” VIII Beynəlxalq Konfransının açılışında Çinin xarici işlər naziri Qin Qanq videomüraciətində vurğulayıb.
Qanın sözlərinə görə, Pekin Moskva ilə birlikdə region ölkələrinin çiçəklənməsinə və inkişafına töhfə verməyə, qlobal istehsal zəncirinin sabitliyini eləcə də davamlılığını təmin etməyə hazırdır.
Bundan başqa, diplomat vurğulayıb ki, Çin və Rusiya Federasiyası güc siyasətinə və hegemonizmə qətiyyətlə qarşı çıxmağa, beynəlxalq sistemi, beynəlxalq asayişi müdafiə etməyə hazırdır.
Xatırladaq ki, Çinin Avrasiya məsələləri üzrə xüsusi nümayəndəsi Li Hui Çin və Rusiya arasında hərtərəfli strateji tərəfdaşlığın bütün dünya üçün faydalı olduğunu bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB