Ukrayna ordusu Melitopol istiqamətində 1,5 kilometr irəliləyə bilib. SİA xəbər verir ki, bunu Tavriya istiqaməti Müdafiə Qüvvələrinin birgə mətbuat mərkəzinin sözçüsü Valeri Şerşnya deyib.
Qeyd olunur ki, Ukrayna hərbçiləri ərazinin minalardan təmizlənməsi və havadan kəşfiyyatı aparırlar.
"Ruslar bu yaxınlarda azad edilmiş Novodarivka bölgəsində itirilmiş mövqelərini bərpa etməyə çalışırlar. Ötən gün cənubda 146 işğalçı məhv edilib, 229-u yaralanıb, 4-ü əsir götürülüb", - məlumatda deyilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB