Rusiya prezidenti Vladimir Putin Belarus lideri Aleksandr Lukaşenkoya Vaqner üsyanının nizamlanmasında göstərdiyi köməyə görə təşəkkür edib.
SİA-nın əldə etdiyi məlumata görə, o, bu barədə “YouTube”da yayımlanan xalqa müraciəti zamanı bildirib. “Mən Belarus Prezidenti Aleksandr Qriqoryeviç Lukaşenkoya vəziyyətin sülh yolu ilə nizamlanmasına göstərdiyi səylərə və töhfələrinə görə minnətdaram”, - dövlət başçısı bildirib.
Qeyd edək ki, Rusiya rəhbəri “bu günlərdə həlledici rol oynayan” vətəndaşların vətənpərvər ruhunun və bütün Rusiya cəmiyyətinin birləşməli olduğunu da bildirib.
Xatırladaq ki, iyunun 24-də Belarus prezidenti Aleksandr Lukaşenko PMC-nin təsisçisi ilə danışıqlar apararaq, “Vaqner” döyüşçülərinin Rusiya paytaxtına getməsinin qarşısını alıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB