Latviya ruslardan viza müraciətlərini qəbul etməyi dayandırıb

Latviya ruslardan viza müraciətlərini qəbul etməyi dayandırıb

Latviyanın xaricdəki konsulluqları iyunun 26-dan etibarən Rusiya vətəndaşlarından bütün növ viza müraciətlərinin qəbulunu dayandırıb. Səbəb kimi “Rusiyada daxili siyasi hadisələrin gözlənilməz inkişafı” göstərilir.

“...Nümayəndəliklərdə qəbul edilən və iyunun 25-dən əvvəl baxılmasına başlanılan viza müraciətlərinə sona qədər baxılacaq”.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Latviya Xarici İşlər Nazirliyindən bildiriblər.

Qeyd edək ki, şənbə günü, “Vaqner” PMC muzdlularının yürüşü başlayandan sonra Latviyanın xarici işlər naziri Edqar Rinkeviç “tvitter” hesabında, Latviyanın ruslara bütün növ vizaları, o cümlədən humanitar vizaları verməyəcəyini bildirmişdi.

Bundan sonra Xarici İşlər Nazirliyinin sözçüsü Diana Eqlite “Delfi” portalına verdiyi açıqlamada Rinkeviç Priqojinin silahlı kampaniyası kontekstində yalnız viza almaq istəyənləri nəzərdə tutduğunu bəyan etmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə