Bayden ABŞ-ın Rusiyadakı üsyan cəhdində iştirak etmədiyini bildirib
Bu arada ABŞ prezidenti Cozef Bayden, ABŞ-ın Rusiyadakı üsyan cəhdi ilə heç bir əlaqəsinin olmadığını deyib.
“Biz açıq şəkildə bildirdik ki, cümə və şənbə günləri Rusiyada baş verən hadisələrdə heç bir iştirakımız yoxdur. Bizim bununla heç bir əlaqəmiz yox idi. Bu, daxili Rusiya sisteminin mübarizəsinin bir hissəsi idi”.
SİA-nın əldə etdiyi məlumata görə, Bayden bunu Ağ Evdə çıxışı zamanı deyib.
B8ununla yanaşı, o, Vaşinqtonun Rusiyadakı gələcək hadisələrdən asılı olmayaraq, Ukraynaya yardımı davam etdirəcəyini bildirib.
Bayden qeyd edib ki, o, bunu həftəsonu aralarında telefon danışığı zamanı Ukrayna prezidenti Vladimir Zelenskinin də diqqətinə çatdırıb.
Qeyd edək ki, Bayden həmçinin, ABŞ-ın bir neçə ssenariyə hazır olduğunu və Rusiyadakı vəziyyətlə bağlı digər Qərb liderləri ilə yeni telefon məsləhətləşmələri aparmaq niyyətində olduğunu da açıqlayıb.
Yeri gəlmişkən bundan əvvəl ABŞ dövlət katibi Entoni Blinken, son günlər Rusiya Federasiyasında “Vaqner” PMC ətrafında baş verən hadisələrin Rusiyanın daxili işi olduğunu bəyan etmişdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB