NATO, Baltikyanı ölkələrin səmasını qorumaq üçün Hava Qüvvələri missiyasının vəziyyətini dəyişdirəcək.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu iyunun 26-da Vilnüsdə Alyansın baş katibi Yens Stoltenberq tərəfindən elan edilib.
Baş katibin qeyd etdiyi kimi, indi mandat bloka üzv dövlətlərin Hərbi Hava Qüvvələri tərəfindən verilmiş, hava polisi statusuna malikdir. Bununla belə, Brüssel sənədə yenidən baxmaq və döyüş statusunu dəyişmək niyyətindədir.
“Biz quru, dəniz və hava qüvvələrini gücləndirəcəyik”, - deyə Stoltenberq vurğulayıb.
Xatırladaq ki, bir müddət əvvəl SİA-nın da qeyd etdiyi kimi, Almaniya NATO-nun şərq cinahını gücləndirmək üçün Litvaya əlavə 4000 hərbçi yerləşdirmək istəyir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB