Əbu-Dabidə restoranda partlayış olub

Əbu-Dabidə restoranda partlayış olub

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə restoranda qaz sızmasından partlayış olub.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, hadisə nəticəsində iki nəfər xəsarət alıb.

Partlayış nəticəsində restoranın şüşə fasadı da uçub.

Polis hadisə ilə bağlı araşdırma aparır.

Bütün xəbərlər Facebook səhifəmizdə