Ukraynaya yardım fondunun həcmi 3,5 milyard avro da artırıldı

Ukraynaya yardım fondunun həcmi 3,5 milyard avro da artırıldı

Avropa İttifaqı (Aİ) Ukraynaya yardım fondunun həcminin 3,5 milyard avro artırılması barədə razılığa gəlib.

SİA APA-ya istinadən xəbər verir ki, ittifaq ölkələri bu gün Ukraynaya hərbi yardım üçün istifadə edilən fondun maksimum həcminin 12 milyard avroya çatdırılması qərarını qəbul ediblər.

Aİ ölkələrinin öz iqtisadiyyatlarının həcminə görə töhfə verdiyi Avropa Sülh Fondu tərəfindən artıq 4,6 milyard avro hərbi yardım şəklində Ukraynaya ayırıldığı bildirilib.

Fond hərbi əməliyyatların maliyyələşdirilməsinin qadağan edildiyi Aİ büdcəsindən kənar fəaliyyət göstərir.

“Bugünkü qərar bizim tərəfdaşlarımızın silahlı qüvvələri üçün konkret hərbi yardımların çatdırılmasının davam etdirilməsinin maliyyələşdirilməsini təmin edəcək”, - deyə Aİ-nin baş diplomatı Cozep Borel deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə