Priqojin ilk açıqlamasını verib, amma...

Priqojin ilk açıqlamasını verib, amma...

"Vaqner” PMC-nin yaradıcısı baş verən olaylardan sonra ilk dəfə olaraq teleqram kanallarında “meydana çıxaraq” mətbuata 11 dəqiqəlik bir açıqlama verib.

SİA-nın əldə etdiyi məlumata görə, bir müddət bundan əvvəl Priqojinin Minskdəki otellərdən birində göründüyü barədə deyilsə də, amma əslində onun hazırkı yeri-yurdu məlum deyil. Qeyd edək ki, onun son müraciətinin haradan yayımladığı da bəlli deyil.

Beləliklə, Priqojin müraciətində “Vaqner” PMC-nin yalnız Rusiyanın maraqlarını müdafiə etməsini və Ukraynadakı müharibədə əhəmiyyətli uğurlar qazandığını bildirib.

Priqojin “Vaqner” PMC-nin Rusiya Müdafiə Nazirliyi ilə müqavilə bağlamağa razılıq verməməsini döyüşçülərinin döyüş effektivliyinin itkisinə səbəb olacağı ilə əlaqələndirib.

Maraqlıdır ki, Priqojin Moskvaya yürüşü zamanı rus ordusunun tək bir əsgərinin öldürülmədiyini bildirib. Amma onları bombalamağa çalışan bir neçə aviasiya növünü endirməli olduğunu etiraf edib.

Bununla belə o, PMC-nin döyüşçüləri arasında iki ölü, bir neçə yaralı olduğunu da bildirib.

Priqojinin sözlərinə görə, onun silahlıları “çox qan tökülə biləcəyinə görə dayanıb. Və düşünüb ki, nə edəcəkləri işlərin nümayişini artıq kifayət qədər ediblər.

Maraqlıdır ki, “Vaqner” PMC-nin yaradıcısı yürüşləri ərəfəsində Rusiyanın təhlükəsizliyi ilə bağlı böyük problemləri olduğunu da etiraf edib.

Yeri gəlmişkən Priqojin Lukashenko ilə danışıqların təfərrüatlarını və “Vaqner” PMC-nin gələcək planları ilə bağlı heç nə deməyib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə