Türkiyə və İsveç nümayəndələri Brüsseldə bir araya gələcək

NATO-nun baş katibi Yens Stoltenberq sözügedən mövzu ilə bağlı deyib...
Türkiyə və İsveç nümayəndələri Brüsseldə bir araya gələcək

İyulun 11-12 tarixlərində Litvanın paytaxtı Vilnüsdə keçiriləcək NATO sammitindən əvvəl Türkiyə və İsveç nümayəndələri Belçikanın paytaxtı Brüsseldə yüksək səviyyəli görüş keçirəcək. SİA bu barədə Tükiyə saytlarına istinad edir.

Vilnüsdə səfəri zamanı jurnalistlərə açıqlama verən NATO-nun baş katibi Yens Stoltenberq iyulda paytaxtda keçiriləcək NATO sammitindən əvvəl Türkiyə və İsveç rəsmilərinin İsveçin NATO-ya mümkün qəbulu ilə bağlı Brüsseldə bir araya gələcəklərini bildirərək deyib: "Bu toplantıda xarici işlər nazirləri, kəşfiyyat rəhbərləri və milli təhlükəsizlik müşavirləri iştirak edəcək. Məqsəd İsveçin NATO-ya üzvlüyünün başa çatdırılmasında irəliləyiş əldə olunmasıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə