Belarusda “Vaqner”i yerləşdirmək üçün düşərgələr salınır

Belarusda “Vaqner”i yerləşdirmək üçün düşərgələr salınır

Belarusun Mogilev bölgəsində “Vaqner” PMC-nin döyüşçüləri üçün təlim-məşq düşərgəsinin inşasına başlanılıb.

Verilən məlumatlara görə, ilk düşərgə tezliklə Ukrayna ilə sərhəddən 200 kilometr məsafədə, Osipoviçi şəhərinin yaxınlığında hazır olacaq.

Düşərgə sahəsinin təqribən 24 min kvadratmetr olacağı, hələ ki, səkkiz min nəfər üçün nəzərdə tutulduğu deyilir.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bölgədəki düşərgənin inşası haqqında məlumatı Mogilev rayonunun rəhbərliyinə yaxın mənbə də təsdiqləyib. .

Silahlı üsyan zamanı Rostov-on-Donda olan muzdluların qohumları da Belarusa döyüşçülər göndərmək planları barədə məlumatlı olduqların bildiriblər.

Yeri gəlmişkən, bir müddət bundan əvvəl Kremlin sözçüsü Dmitri Peskov, silahlı üsyana görə Priqozinə qarşı cinayət işi açılmayacağını, “Vaqner”in başçısının Belarusiyaya gedəcəyini bildirmişdi.

Amma iyunun 26-da Priqozinə qarşı cinayət işinin dayandırılmadığı məlum olub və indi o istintaq altındadır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə