Onlar ölkə tarixində ilk dəfə müddətsiz tətil etdilər

Həmkarlar İttifaqı 2022-ci ilin dekabr-fevral ayları arasında işin 3 günlük dayandırıldığını, lakin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə aparılan danışıqlarda heç bir addım atılmadığını bildirib
Onlar ölkə tarixində ilk dəfə müddətsiz tətil etdilər

İspaniyada əmək müfəttişləri ölkə tarixində ilk dəfə olaraq müddətsiz tətilə başlayıblar. SİA bu barədə Tükiyə saytlarına istinad edir.

Əmək müfəttişləri bağlı olduqları Həmkarlar İttifaqları Nazirlər Şurasının 2021-ci ildə qurumun gücləndirilməsi ilə bağlı qəbul etdiyi strateji planın icrasında yol verilən nöqsanlara etiraz olaraq müddətsiz tətilə qərar verdiklərini açıqlayıblar.

Ölkə tarixində ilk dəfə müddətsiz tətilə çıxan əmək müfəttişləri “20 milyon işçiyə cəmi 3 min əmək müfəttişi var” deyərək məşğulluğun artırılması, iş vaxtı və əmək haqqı şəraitinin yaxşılaşdırılmasını tələb edirlər.

Həmkarlar İttifaqı 2022-ci ilin dekabr-fevral ayları arasında işin 3 günlük dayandırıldığını, lakin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə aparılan danışıqlarda heç bir addım atılmadığını bildirib.

Qeyd edək ki, İspaniyada yüksək inflyasiyanın yaratdığı iqtisadi böhranla əlaqədar 2023-cü ildə bir çox dövlət sektorunda tətillər baş qaldırıb, məhkəmə məmurları və katiblər də ölkə tarixində ilk dəfə müddətsiz tətil ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə