...Ukraynaya qarşı müharibəyə səfərbər olmuş Stavropol diyarının sakinlərinin anaları, arvadları və dostları qohumlarını xilas etmək xahişi ilə qubernator Vladimir Vladimirova müraciət ediblər.
Onlar bildiriblər ki, Zaporojye vilayətində Rusiya hərbçiləri 50-yə yaxın yeni çağırışçını öldürməklə hədələyiblər. Səbəb isə, yaxınlarının dediyinə görə, yeni səfərbər olunanların döyüş sursatı və texnikası olmadan döyüş zonasına getmələrinə etirz etməkləri olub.
“Xahiş edirik, tədbir görülsün. Onlar belə öldürülməsin. Onları hədələyirlər - əgər indi ölməyə getməsələr, öz adamları tərəfindən öldürüləcəklər. Bunlar qeyri-insandır!”.
Qeyd edək ki, belə bir müraciət çağırışçı analardan birinin dili ilə ASTRA teleqram kanalında yayımlanıb.
SİA-nın əldə etdiyi məlumata görə, oxşar müraciət Vladimirovun Telegram kanalındakı şərhlərdə də yer alıb. Belə ki, adı məlum olmayan yerli sakin yazıb ki, səfərbər olunanlara, o cümlədən dostu Eduard Sitnikə qarşı təhdidlər naməlum şəxsdən gəlir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB