Almaniya Litvada daha 4000 hərbçi yerləşdirmək niyyətindədir

Almaniya Litvada daha 4000 hərbçi yerləşdirmək niyyətindədir

Almaniya NATO-nun şərq cinahını gücləndirmək üçün Litvada əlavə 4000 hərbçi yerləşdirmək istəyir. SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə iyunun 26-da Vilnüsdə keçirilən mətbuat konfransında Almaniyanın müdafiə naziri Boris Pistorius məlumat verib.

Bununla yanaşı nazir, Almaniyanın uzun müddət üçün Litvada belə güclü briqada yerləşdirməyə hazır olduğunu da bildirib.

Bu barədə isə TASS “DPA” agentliyinə istinadən xəbər verir.

Yeri gəlmişkən xatırladaq ki, Litva NATO-dan Yevgeni Priqojin və ya “Vaqner” qrupunun bir hissəsinin Belarusa gətiriləcəyi təqdirdə şərq cinahını gücləndirməyi tələb etmişdi.

...Bu arada Litvanın Belarusla sərhəddə patrul yolunun tikintisinə başladığı məlum olub.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə