Belarusda Rusiya təyyarələri istehsal ediləcək

Belarusda Rusiya təyyarələri istehsal ediləcək

Rusiyanın “Baykal” və “Ladoqa” kiçik təyyarələri Belarusda yığılmağa başlaya bilər.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Sənaye və Ticarət Nazirliyinin rəhbəri Denis Manturov respublikaya belə bir təkliflə çıxış edib.

Yeri gəlmişkən Belarusun Rusiyadakı səfiri Dmitri Krutoy da bunu təsdiqləyib.

Qeyd edək ki, potensial istehsalın başlanması ilə bağlı danışıqlar iyulun 10-dan 13-dək Yekaterinburqda keçiriləcək Belaruslu səfir Rusiya təyyarələrinin yığılması imkanını Belarusun “iqtisadiyyatının yeni hissəsi” adlandırıb.

Onu da qeyd edək ki, “Baykal” təyyarəsi doqquz sərnişin üçün nəzərdə tutulub, “Ladoga” təyyarəsi isə 44 sərnişini qəbul edə bilir.

Rusiya hakimiyyəti LMS-901 “Baykal”ın “kukuruzniki” kimi tanınan köhnəlmiş yüngül çoxməqsədli “An-2” təyyarəsini əvəz etməyi təklif edir. “Ladoga” isə həm Sovet, həm də Qərbi dövlət aviasiyasının və regional hava yollarının köhnəlmiş laynerlərini əvəz etmək üçün nəzərdə tutulmuşdur.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə