Uçan13 mərtəbəli binanın birinci mərtəbəsində supermarket olub deyə...

Uçan13 mərtəbəli binanın birinci mərtəbəsində supermarket olub deyə...

Misirin İsgəndəriyyə şəhərində çoxmərtəbəli bina uçub. İlkin məlumatlara görə, dağıntılar altında xeyli insan var.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə iyunun 26-da “Youm7” portalı məlumat yayıb.

Portalən yazdığına görə, Misirin ən böyük şəhərlərindən

birində - İsgəndəriyyədə bu gün çoxmərtəbəli bina uçub.

Hadisə şəhərin şərqindəki Əl-Montaza rayonundakı Sidi Bişrdə baş verib. Qeyd edək ki, bina 13 mərtəbəli olub.

İlkin məlumatlara görə, binanın birinci mərtəbəsində supermarket olduğu üçün dağıntılar altında çoxlu insanın qaldığı ehtimal olunur. Bundan əlavə, binanın yanında da çoxlu sayda avtomobil saxlanılıbmış.

Hadisə yerində təhlükəsizlik xidmətləri, mülki müdafiə qüvvələri və təcili yardım maşınları işləyir. İsgəndəriyyə qubernatoru general-mayor Məhəmməd əş-Şərif də hadisə yerinə gəlib.
Hazırda xilasedicilər dağıntıları təmizləyirlər.

Onu da qeyd edək ki, binanın uçmasının səbəbi hələ ki, məlum deyil.

P.S: Təcili yardım xidmətləri binada şaquli parçalanma olduğunu ehtimal edib. Səlahiyyətlilər yaxınlıqdakı xəstəxanalara çoxlu sayda qurbanın gələ biləcəyi ilə bağlı da xəbərdarlıq ediblər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə