Rusiyanın müdafiə naziri Sergey Şoyqu Ukraynadakı müharibədə iştirak edən rusiyalı hərbçilərə baş çəkib.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, S.Şoyqu Ukraynada, xüsusi hərbi əməliyyat zonasında yerləşən Rusiyanın Qərb Birlik Qrupunun qərargahına gedib.
SİA-nın əldə etdiyi məlumata görə, qrupun komandiri Yevgeni Nikiforov Rusiya müdafiə nazirinə sahədəki vəziyyət barədə məlumat verib.
Sergey Şoyqu döyüşən birləşmələrə dəstək verilməsinin və əsgərlərin təhlükəsiz yerdəyişməsi üçün lazımi şəraitin yaradılmasının vacibliyinə diqqət çəkib. O, göstəriş verib ki, Ukrayna ordusunun münaqişə bölgəsindəki planlarını aşkar etmək üçün kəşfiyyat məlumatlarından fəal istifadə edilməlidir.
Xatırladaq ki, 2022-ci il fevralın 24-də Rusiya prezidenti Vladimir Putin Ukraynanı işğal etmək əmrini verdi və bununla da Rusiya-Ukrayna müharibəsi başlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB